Ağ Evin keçmiş mətbuat katibi ilə bağlı araşdırma başlanılıb

Baş səhifə

Bakı.Trend:

Kaliforniya ştatının Vəkillər Kollegiyası Ağ Evin keçmiş mətbuat
katibi Keti Zakariya ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə “Campaign for Accountability” (CfA) qeyri-kommersiya
təşkilatı məlumat yayıb.

Araşdırmaya səbəb Zakariyanın müvafiq lisenziyası olmadığı halda
özünü peşəkar hüquqşünas kimi təqdim etməsi ilə bağlı şübhələr
olub.




CfA nümayəndələri Vəkillər Kollegiyasından yoxlamanın başlanması
barədə rəsmi məktub aldıqlarını bildiriblər. Araşdırmaya 2026-cı il
oktyabrın 14-də təqdim edilmiş şikayətdən sonra başlanılıb.
Şikayətdə Ağ Evin keçmiş mətbuat katibinin ictimai çıxışlarında
dəfələrlə özünü vəkil kimi təqdim etməklə Kaliforniya
qanunvericiliyini pozmuş ola biləcəyi iddia olunur.

Oktyabrın 9-da Ağ Evin mətbuat katibi Keti Zakariya yeni işə
keçməsi ilə əlaqədar vəzifəsindən istefa verib. O, bu vəzifədə cəmi
beş gün çalışıb. Onun postunu tərk etməsinə səbəb yaranmış qalmaqal
olub.

Zaxariya əvvəllər hüquq sahəsində çalışdığını iddia edib və Ağ
Evin rəhbəri də onu ictimaiyyətə vəkil kimi təqdim edib. Lakin
məlum olub ki, yeni mətbuat katibinin əslində vəkillik fəaliyyəti
ilə məşğul olmaq üçün lisenziyası yoxdur. Onun həmin lisenziyanı
əldə etmək üçün keçirilən imtahandan keçə bilmədiyi üzə çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir