
Bakı. Trend:
Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis
dələduzluq və mənimsəmə işi üzrə Moskvada saxlanılıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi
İrina Volk bildirib.
Onun sözlərinə görə, noyabrın 23-də Rusiya DİN əməkdaşları
Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsinə uyğun olaraq
qubernatoru bir sıra cinayətlərdə şübhəli bilinərək
saxlayıblar.
Saxlanılma Murmansk vilayətində yolun yenidən qurulması zamanı
39 milyon rublun mənimsənilməsi və 1 milyard rubldan çox vəsaitin
israf edilməsi ilə bağlı araşdırma çərçivəsində həyata
keçirilib.
Volk cinayət işinin istintaqının Rusiya DİN-in İstintaq
Departamentinin rəhbərliyinin nəzarətində olduğunu qeyd edib.

