
İstanbulun Sarıyer rayonunda meşəlik ərazidə aslanın görüldüyü barədə iddia təsdiqini tapmayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Bildirilib ki, Sarıyer rayonunda aslanın görüldüyü iddiası ilə bağlı ərazidə aparılan araşdırmalar zamanı aslanın mövcudluğuna dair heç bir konkret sübut aşkarlanmayıb.

