BDYPİ-dən sürücülərə xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə
əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə İdarənin məlumatında qeyd olunub.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və
Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə küləkli hava
şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

“Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin
yollarda yarada biləcəyi təhlükənin qarşısının alınması üçün
hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti
qaydalarına ciddi riayət etməyi xahiş edir.




Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və
sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində
hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün
qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi
təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən
qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş
məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini
nəzarətdə saxlamalı, ötmə və manevretmə zamanı ehtiyatlı
olmalıdırlar.

Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli,
yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və
sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, –
deyə müraciətdə qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir