Parkda gecələyən uşağın valideyninə cəza verildi

Baş səhifə

Xəbər verdiyimiz kimi, Bakıda atalığının davranışlarına dözməyən azyaşlı gecəni parkda keçirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Modern.az-a bildirib ki, polis tərəfindən müvafiq araşdırma aparılıb.

“İddialar və digər xüsuslar yoxlanılıb. Noyabrın 15-də həmin azyaşlı Nəsimi rayonu ərazisində yerləşən parkların birində polis tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Onun dilənçilik və tüfeyli həyat tərzi sürən valideyni barəsində isə müvafiq inzibati tənbeh tədbiri tətbiq olunub”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir