Binəqədi rayonunda kütləvi dava olub və iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Xırdalan-Binəqədi şossesində yerləşən iaşə obyektində qeydə alınıb.
Belə ki, “TikTok” kafesində müştərilər hesaba görə iaşə obyektinin sahibi ilə mübahisə ediblər.
Hadisə əlbəyaxa dava ilə yekunlaşıb.
Nəticədə Cavid Hüseynov və Fərid Məmmədov baş nahiyəsindən küt alətlə xəsarətlər alıblar.
Yaralılar aldıqları xəsarətlərdən xəstəxanaya çatdırılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə xuliqanlıq zəminində baş verib.
Faktı Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları araşdırırlar.
www.102info.az