Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Bakıxanov qəsəbəsində 1983-cü il təvəllüdlü Kərimov Şahid Səxavət oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az