“Alibaba”nın qurucusu Çindən qaçıb

Dünya

“Alibaba”nın qurucusu, milyarder Cek Ma Çini tərk edib və yarım ilə yaxındır ki, Tokioda yaşayır.

Bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən xəbər verib.

Bildirilir ki, Pekinin ölkənin texnologiya sektoruna və onun nüfuzlu iş adamlarına davamlı təzyiqləri fonunda Çini tərk edən Ma şəxsi aşpazı, cangüdənləri və ailəsi ilə birlikdə Yaponiyaya yollanıb. O, Tokioda özəl klublara gedir, həvəskar kolleksiyaçıya çevrilib və akvarellə rəsm çəkməyə başlayıb. Bundan başqa Çinin bir vaxtlar ən varlı iş adamı Tokiodakı qaynar bulaqlara və xizək kurortlarına baş çəkir, müntəzəm olaraq ABŞ və İsrailə səfər edir.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında Şanxayda keçirilən konfransda çıxışı zamanı Çin tənzimləyicilərini tənqid etdikdən və dövlət banklarını lombard zehniyyətində ittiham etdikdən sonra Cek Ma ictimaiyyət arasında görünməyib. Bundan bir həftə sonra Çin hökuməti “Ant Group” (Manın fintex şirkəti) listinqini dayandırdı, paralel olaraq “Alibaba Group”a qarşı istintaq başlatdı. 2021-ci ildə Çin hakimiyyəti antiinhisar pozuntularına görə “Alibaba”nı rekord məbləğdə – 2,8 milyard dollar cərimələdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir