Sumqayıt şəhərində ümumi sahəsi 42 kvadratmetr olan avtomobil təmiri sexinin içərisində avtomobil ehtiyat hissələri, məişət tullantıları və yağ qalıqları 8 kvadratmetr sahədə yanıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 15 kvadratmetr sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
www.102info.az