Elza təxirə saldığı konsertindən danışdı

Mədəniyyət


Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq.

Oxu.Az xəbər verir ki, “Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsi planlaşdırılırsa da, tədbir təxirə salınıb.

Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb.

Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib:

“Qardaş Türkiyədə baş verən zəlzələyə görə fevralın 28-nə planlaşdırılan konserti bir aylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşq edirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir