Zərdabda avtomobil ağaca çırpılıb: Ölən və yaralananlar var

Cəmiyyət


Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri – Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir