Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 169
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 319,4
min ton xam neft və neft məhsulları ixrac edilib.

Trend Azərbaycanın
Dövlət Gömrük komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni
dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 21 milyon ABŞ
dolları və ya 11 faiz, fiziki həcm ifadəsində isə 34,6 min ton və
ya 9,8 faiz azalıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 190
milyon ABŞ dolları dəyərində 354 min ton neft və neft məhsulları
ixrac olunub.




Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil
edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya
2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar
ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə
ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın
həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir