Ağdaşda, Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.
APA xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri, 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri alıb və Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az