“Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır: “Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.
Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda – Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Bakı Metropoliteni”, ”Azərsu”da koronavirusa yoluxma halları qeydə alınıb.