KİV: Ermənistanda hakimiyyət nümayəndələrinin narkotik qaçaqmalçılığında iştirakının üstü açılıb

Dünya


Ermənistanda hakimiyyət nümayəndələri narkotik qaçaqmalçılığında iştirak edirlər.

Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

Məlumata görə, Milli Təhlükəsizlik Xidməti günlərdir Ermənistana narkotik vasitələrin çatdırılması cəhdləri barədə məlumatlar yayır. Əvvəlcə Ermənistana qaçaqmalçılıq yolu ilə bir ton kokainin gətirildiyi məlum olub. Bir neçə gün sonra kimlərinsə İrandan Ermənistana bir partiya narkotik və silah gətirmək niyyətində olduqları barədə məlumatlar yayılıb. Ancaq hekayə bununla bitmir.

“Hüquq-mühafizə orqanları bu işdə Ermənistanın hazırkı hakimiyyətinin tanınmış nümayəndələrinin iştirak etdiklərini müəyyən ediblər”, – deyə nəşr yazır.

Qəzet qaçaqmalçılıqla konkret kimin əlaqəsi olduğunu tezliklə açıqlayacağına söz verib.

Xatırladaq ki, mayın 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ekvadordan meyvə idxal edən şirkət tərəfindən respublikaya gətirilən bir ton kokaini saxlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir