ANAMA: “Mina partlayışlarının 70 faizi keçmiş təmas xəttindən arxada baş verib” – FOTO

Müharibə


“Statistika göstərir ki, indiyə qədər qeydə alınan mina partlayışlarının təxminən 70 faizi əvvəlki təmas xəttindən arxada baş verib”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən “Minalarla mübarizə – Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA idarə heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib.

O vurğulayıb ki, tikinti-quruculuq işləri üçün ilk növbədə bu ərazilər minalardan təmizlənməlidir:

“Bu ərazilərdə kasetli sursatlar, piyada və tank əleyhinə minalar, partlamamış sursatlar aşkar olunur. Ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır. Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ nüsxələridir, amma müəyyən dərəcədə fərqlənirlər”.

O deyib ki, Azərbaycana verilən xəritələrin yalnız 25 faizinə inanmaq olar:

“ANAMA-nın hədəfi təmizlənən ərazilərin sahəsini illik 50 min hektara çatdırmaqdır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir