Marketə silahlı basqın edən şəxsə AĞIR CƏZA

Kriminal


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda marketə silahlı basqın etməkdə təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Nizami rayonu Qara Qarayev prospektində baş verib. Naməlum şəxs marketdə satıcını bıçaqla hədələyərək 300 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Sübhan Quliyev saxlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir