İyunun 6-da Yevlax rayon sakini V.Nemətova (şərti) polisə müraciət edərək cinsi təcavüzlə üzləşdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, 1983-cü il təvəllüdlü qadın mayın 24-də saat 15 radələrində Bakıda yerləşən ofislərdən birində bir kişinin onu zorlamağa cəhd göstərdiyini bildirib.
İlkin araşdırmalarla qadının şikayətçi olduğu şəxsin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü C.H. olması müəyyən edilib.
Müraciətlə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az