Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu futbol klubu sahibi olmağı planlaşdırır.
Bu barədə 38 yaşlı hücumçunun özü məlumat verib:
“Karyeramın sonuna 2-3 il qalıb. Futbol klubu almağı istisna etməzdim. Karyeramı başa vurduqdan sonra bunu etmək istərdim”, – deyə portuqaliyalı söyləyib.
Qeyd edək ki, Ronaldu bu ilin əvvəlindən “Ən-Nəsr”də çıxış edir. Portuqaliyalı hücumçu ilə klub arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Mənbə: Goal.com
www.102info.az