Hikmət Hacıyevdən Paşinyana cavab: “Yerli sakinləri girov kimi saxlamaq şantajdan başqa bir şey deyil” – FOTO

Siyasət


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.

Prezidentin köməkçisi bu barədə “Twitter”də yazıb:

“Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılması imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir