Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitdi

Cəmiyyət


Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qazyan kəndində baş verib.

Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib.

Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

www.102info.az

Spread the love