Rusiyanın Sankt-Peterburq şəhərində 64 yaşlı qadının boğazı cırılmış, həmçinin yanıq və yapışqan lent izləri olan meyiti tapılıb.
KİV-in məlumatına görə, təqaüdçünün meyiti şəhərin şimalında yerləşən gölün sahilində tapılıb. Mərhumun əlində alışqan, cibində isə adı, soyadı və doğum tarixi yazılmış kağız olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar. Hadisə şahidləri iddia edirlər ki, hadisə yerindən bir qədər aralıda əlində qutu olan kişi görüblər və partlayış səsləri eşidiblər.
Mənbə: aif.ru
www.102info.az