“İran Fələstin-İsrail münaqişəsinin başqa bölgələrə yayılmasını istəmir”.
Bu barədə ölkənin Xarici İşlər Naziri Hüseyn Əmir-Abdllahian CNN telekanalına müsahibəsində bildirib.
“Biz bu müharibənin böyüməsini istəmirik”, – deyə iranlı diplomat əlavə edib.
O, Yaxın Şərqdə baş verən və ABŞ-nin maraqlarını hədəf alan müxtəlif qruplar tərəfindən həyata keçirilən hücumların dəlil olmadan İranla əlaqələndirilməsinin tamamilə yanlış olduğunu vurğulayıb.
www.102info.az