Türkiyəli yarımmüdafiəçi Emircan Gürlük İngiltərənin “Mançester Siti” ilə Rusiyanın “Orenburq” futbol komandaları arasında seçimindən danışıb.
“Orenburqa köçməzdən əvvəl, həqiqətən də, “Mançester Siti”yə marağım var idi”, – deyə 20 yaşlı idmançı bildirib.
O, Rusiyanın Premyer Liqasının klubunda oynamaq şansının daha çox olduğu üçün “Orenburq”u seçdiyini izah edib.
Xatırladaq ki, Gürlük 2023-cü ilin yayında “Orenburq”a keçib. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 13 oyunda iştirak edib və burada bir qol vurması və iki məhsuldar ötürmə etməsi ilə yadda qalıb.
Mənbə: championat.com
www.102info.az