Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.
Bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən AZƏRTAC-a açıqlamasında bildirib.
Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən deyib: “Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var. Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin”
Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.
www.RIA24.az