Qızılağac cinsli meşə materialını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunublar – FOTO

Kriminal


Lənkəran rayonunun Qurumba kəndi ərazisində qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə sözügedən ərazidə yerləşən E.Əmirova məxsus, qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5 kubmetr həcmində qızılağac cinsli işlik meşə materialı aşkarlanıb.

Bundan əlavə, rayon ərazisində keçirilən digər tədbirlərlə Ş.Əlizadəyə məxsus “Mercedes-Benz” markalı avtomobilin yük yerindən qanunsuz yolla əldə edilmiş 2,5 kubmetr həcmində işlik qızılağac cinsli meşə materialı aşkarlanıb.

Aşkarlanan hər iki faktla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir