Qazax sakinlərində narkotik aşkarlanıb

Kriminal


Qazax rayon sakinlərində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri saxlanılıblar. Ayrı-ayrılıqda keçirilən müvafiq tədbirlər nəticəsində Raqif Məmmədrzayev, Sərdar Carçıyev, Ramiz Rəhimov, Kamran Qulyev, Adil Mirzəyev, Aydın Abdullayev, və Cavid Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə və bir neçəsinin yaşadığı evə baxış keçirilən zaman heroin və metamfetamin aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir