Anar Bağırov: “Azərbaycanda son illər ərzində vəkillərin sayı üç dəfə artıb”

Cəmiyyət


“Azərbaycanda son illər ərzində vəkillərin sayı üç dəfə artıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov qurumun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində keçirilən intellektual müsabiqədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkəmizdə 2 500-ə yaxın vəkil var:

“Vəkillərin sayı namizədlərlə birlikdə 3 000 nəfərə yaxındır. Bizim peşəmiz elədir ki, namizədlərlə bağlı problemimiz yoxdur. 300-ə yaxın namizəd növbəti test mərhələsini gözləyir. Gələn ilin mart ayında imtahan təşkil edəcəyik”.

O, hüquqşünasların problemlərinə də toxunub:

“Gənc hüquqşünasların da problemlərini həll etmək lazımdır. Bununla bağlı xüsusi fond var və onlara dəstək veririk”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir