“İnterpol”un qırmızı bülletenlə axtardığı cinayətkarlar İstanbulda ələ keçirildilər – FOTO/VİDEO

Kriminal


“İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışa verilən daha iki cinayət təşkilatının liderləri Türkiyənin İstanbul şəhərində ələ keçiriliblər.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

Ali Yerlikaya İstanbulda keçirilən “Kafes” əməliyyatları çərçivəsində daha iki cinayət təşkilatının liderlərinin saxlanıldığını açıqlayıb.

“Belçikada ölkə üzrə narkotiklərin yayılmasını təşkil edən təşkilatın rəhbəri, “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan İngiltərə vətəndaşı Mohammed Zakir Miah İstanbulun Büyükçekmece rayonunda, “İnterpol”un qırmızı bülleteni ilə Vyetnamda ağır yaralama cinayətinə görə axtarılan Çin vətəndaşı Çen Xuefen İstanbulun Bağcılar səmtində “Kafes-20” əməliyyatı zamanı ələ keçiriliblər. Çen Xuefenin Vyetnama ekstradisiyası ilə bağlı prosedurlar başa çatıb.

Əməliyyatı təşkil edən qəhrəman polislərimizi təbrik edirəm”, – deyə nazir paylaşımda qeyd edib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir