Sabiq rəisə hökm oxundu

Kriminal


Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T.İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir