
Bakı.Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra
Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan rayonun sabiq
icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan
tədbirinin müddəti 6 ay uzadılıb.
Qərar Səbail Rayon Məhkəməsində keçirilən proses zamanı istintaq
orqanının təqdimatı əsasında qəbul edilib.
Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra
Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev
saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli
miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
2025-ci il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4
ay müddətinə həbs qətimkan tədbiri seçilib, 2025-ci ilin 14
oktyabrında Musa Şəkiliyevin həbs müddəti 4 ay müddətində, 2026-cı
ilin 13 fevralında isə həbs müddəti 5 ay müddətində uzadılıb.
Prezident İlham Əliyevin 2025-ci il iyunun 21-də imzaladığı
Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

