“Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm. Amma gənclərin sırasındayam, onlarla bir yerdə söyülürəm”.
Bunu Xalq artisti Şamil Süleymanlı çəkildiyi serial barədə Moderator.az-a danışarkən deyib.
“Qocalar cəbhəsi məni cavanlar cəbhəsində söyür. Kim qələbə çaldı? Əlbəttə ki, gənclər! Bu filmdə London küçələrində olan avaraların həyatına bənzəyən axın var. Onlar da istədilər ki, söyüşlü bir şey çəksinlər. Cavanların arasında o söyüşləri mən də söymüşəm. Qocalar bizi söyürlər. Qoy söysünlər, biz cavab verməyəcəyik. Çünki bizim cavanların sırasında mən varam. Onların heç biri cavab verməyəcək. Çünki onların da komandanı mənəm. Böyük deyə bilər, o nə deyirsə, düz deyir, amma biz də öz işimizdəyik”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, “Alatava” serialı İctimai TV-də yayımlanır.
www.RIA24.az