Azad edilmiş ərazilərdə biznes aktivliyinin artırılması müzakirə edilib (FOTO)

İqtisadiyyat

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial iqtisadi
inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın
layihələrinin hazırlanması məqsədilə yaradılmış “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və
xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qruplarının ilk
iclasları keçirilib.

Trend xəbər
verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial
şəbəkə hesabında paylaşım edib.




“Həmkarlarla birlikdə ölkəmizin sosial-iqtisadi inkişaf
prioritetləri çərçivəsində müəyyənləşdirilmiş hədəfləri və
fəaliyyət planlarını vurğuladıq.

İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların fəal təşviqi,
sahibkarlara dəstək, işğaldan azad edilmiş ərazilərdə biznes
aktivliyinin artırılması, özəl sektorun inkişafı, ixracyönümlü
artım modelinin və biznes mühitinin təkmilləşdirilməsi üçün
səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyətini qeyd etdik”, –
deyə paylaşımda bildirilib.