Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə məlum olub

İqtisadiyyat

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında (MR) ƏDV-nin bir hissəsinin geri
qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al”
mexanizminin tətbiqi də uğurla davam etdirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata
görə, indiyədək MR-də layihə çərçivəsində istehlakçılara 3 milyon
manatdan çox ƏDV məbləği geri qaytarılıb.




Məlumata əsasən, bu ilin yanvar-iyun aylarında istehlakçılara
qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 20,5 faiz artaraq
808,4 min manat olub.

“Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına
və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci
ilin yanvar-iyun aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa
aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 228,9 milyon
manata yaxın olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19,6
faiz çoxdur”, – deyə məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir