ABŞ lideri rusiyalı həmkarı ilə danışa bilər

Baş səhifə

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna münaqişəsinin nizamlanması üçün nəzərdə tutulan 10 günlük müddət başa çatana qədər danışığının mümkünlüyünü istisna etməyib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi Ağ Evdə jurnalistlərə bildirib.

“Yaxşı, görərik. Bəzi görüşlərimiz olacaq, sonra nə olacağını görəcəyik”, – deyə o bildirib.

Bir gün əvvəl Tramp xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfər edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, amerikalı İsrailə səfərindən dərhal sonra Moskvaya səfər edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir