
Bakı. Trend:
Bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf “Arthur D. Little”
şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə
qlobal rəhbəri Mikael Kruse ilə görüşüb.
Bu barədə Trend SOCAR-a istinafən xəbər verir.
Qeyd olunub ki, görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli
fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata
keçirdiyi strateji layihələr barədə məlumat verilib. Enerji
sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların
optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində
müxtəlif təcrübələr nəzərdən keçirilib.
“Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə
süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji
mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar”,-məlumatda bildirilib.

