“Fənərbağça” yeni transferini açıqlayıb

Baş səhifə

Türkiyə təmsilçisi “Fənərbağça” Avstriyanın “Zaltsburq” klubundan Nene Dorqelesi transfer edib.

“Report” xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı vingerlə 5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.