Böyük Britaniyada dördgünlük iş həftəsi populyarlığını artırır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı
2019-cu ildən bəri 200 mindən çox artıb.

Trend “Guardian”a
istinadla xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS)
məlumatına görə, 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə
1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışıb. Bu
göstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29
milyon nəfərlə müqayisədə 100 min nəfər çoxdur.




Həmçinin, ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismən
ştatla dördgünlük iş rejiminə keçib. Beləliklə, tam və qismən ştat
üzrə dördgünlük iş rejimində çalışanların ümumi sayı 2,7 milyon
nəfərə çatıb ki, bu da ölkə üzrə işçi qüvvəsinin 10,9 faizini
təşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz olub.

Mütəxəssislər hesab edir ki, dördgünlük iş rejimi işçilərə daha
çox istirahət imkanı verir, psixoloji sağlamlığı qoruyur və iş
yerlərində motivasiyanı artıraraq kadrların saxlanmasına müsbət
təsir göstərir.