İŞİD-ə qarşı əməliyyatda 70 nəfər saxlanıldı

Baş səhifə

Bakı.Trend:

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 21 vilayətində İŞİD
terror qruplaşmasına qarşı əməliyyatların keçirildiyini, 70
şübhəlinin saxlanıldığını elan edib.

Trend xəbər verir
ki, bu barədə qurumun rəsmi sosial şəbəkə hesabında məlumat
yayılıb.




Müəyyən edilib ki, şübhəlilər İŞİD terror təşkilatının
üzvləridir, terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım
təşkilatları vasitəsilə təşkilata maliyyə dəstəyi göstəriblər,
həmçinin sosial media hesabları üzərindən İŞİD terror təşkilatının
təbliğatını aparıblar.

Əməliyyatlar Jandarma Baş Komandanlığının Terrorla Mübarizə
(TEM) İdarəsi və Respublika baş prokurorluqların koordinasiyası ilə
keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir