ABŞ Azərbaycanla birgə süni intellekt texnologiyalarının tətbiqini genişləndirəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın rəqəmsal infrastrukturunu modernləşdirmək və
təhlükəsiz saxlamaq, Amerika süni intellekt texnologiyalarının daha
geniş tətbiqi üçün yol müəyyən edilib.

Trend-in
verdiyi məlumata görə, bunu ABŞ Dövlət Katibinin İqtisadi, Enerji
və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən
Birinci ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində keçirilən
mətbuat brifinqində bildirib.

O, süni intellektin görünməmiş rifahı təmin etmək potensialını
nəzərə alaraq, Azərbaycanın rəqəmsal infrastrukturunu
modernləşdirmək və təhlükəsiz saxlamaq, Amerika süni intellekt
texnologiyalarının daha geniş tətbiqi üçün bir yol müəyyən
edildiyini bildirib.




Orr həmçinin qeyd edib ki, tərəflər enerji sektorunda
əməkdaşlığı və dünən imzalanmış vacib minerallar çərçivə sazişinin
həyata keçirilməsi yollarını müzakirə ediblər.

“Bugünkü dialoq zamanı müəyyən edilmiş və müzakirə edilən
layihələrin və planların həyata keçirilməsini, eləcə də ikitərəfli
iqtisadi münasibətlərimizi daha da gücləndirmək və yüksəltmək üçün
yeni imkanların yaranmasını səbirsizliklə gözləyirəm” – deyə ABŞ
Dövlət Katibinin köməkçisi qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir