
Bakı. Trend:
Kiprdə 700-dən çox binaya ziyan vuran və iki nəfərin xəbərsiz
qaldığı meşə yanğınının səbəbi siqaret olub.
Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və
Partlayıcılar Bürosunun (ATF) ekspertlərinin hesabatında qeyd
edilib.
Bildirilir ki, yanğın Malia–Arsus yolunun kənarında 30×30 sm
ərazidə başlayıb. Hadisə yerində siqaret kötükləri aşkar olunub və
onlardan ikisinin termik zədələnməsi onların yanğın mənbəyi
olduğunu göstərib.
Xatırladaq ki, iyulun 23-də baş verən yanğın zamanı ondan çox
yaşayış məntəqəsi təxliyə edilib. Bir neçə ölkə Kiprə
yanğınsöndürən helikopter və təyyarələr göndərərək alovun
söndürülməsinə dəstək verib. Yerli KİV-in məlumatına görə, yanğın
nəticəsində 7 memarlıq abidəsi də ziyan görüb. Ümumilikdə 125
kvadrat kilometr ərazi yanğına məruz qalıb.