Beynəlxalq Bank yanlışlıq adı ilə qanunsuz düzəliş edir, Mərkəzi Bank Beynəlxalq Bankın bu cür qanunsuz hərəkətlərinə göz yumur

AKTUAL

Cənab Prezident! Dövlətimiz, ölkəmiz və xalqımız üçün tale yüklü məsələlərlə məşğul olduğunuz bir vaxtda, Sizin vaxtınızı aldığım üçün Sizdən üzr istəyirəm. Həm də, diqqət və qayğınıza görə qabaqcadan təşəkkürümü bildirirəm.

Mərkəzi bankın sədri cənab Elman Rüstəmova və Beynəlxalq bankın sədri cənab Abbas İbrahimova 2021-ci ilin oktyabr ayından şikayət ərizələri  ilə müraciət etmişəm. Ərizələrimi oxumurlar, ərizələrimin icrasına nəzarət olunmadığı üçün qanunu icra etmirlər. Konstutsion hüquqlarım pozulduğu üçün Sizə müraciət edirəm.

09.07.2007-ci il tarixdə Beynəlxalq bankın Sumqayıt filialından 20.500 ABŞ dolları məbləğində krediti 24 ay müddətinə götürmüşdüm. Həmin kreditin təminatı kimi mülkiyyətimdə olan mənzilimi girov qoymuşdum. Həmin kreditə olan borcumu tam ödədiyim halda mənzilimi Beynəlxalq bank girovdan azad etmir,  əsassız və qanunsuz olaraq kredit müqaviləmə xitam vermirlər.

Cənab Prezident!

Beynəlxalq Bank 25.01.2022-ci tarixli mənə ünvanladığı cavab məktubunda bildirmişlər ki, “2015-2016-cı illərdə həyata keçirilən kredit ödənişləri üzrə silinmələrində yanlışlıq baş vermiş və müvafiq problemə 01.12.2020-ci il tarixində düzəliş olunmuşdur.”  Beynəlxalq Bank bu gün yazdığını və bu gün verdiyi sənədi sabah təkzib edir ki, guya yanlış vermişəm. Mərkəzi Bank da Beynəlxalq Bankın bu cür qanunsuz hərəkətlərinə açıq aşkar göz yumur. Qanunlarımız Mərkəzi Bankda və Beynəlxalq Bankda ayaqlar altında tapdalanır.  Məmur özbaşınalığı nəticəsində hüquqlarımız pozulur.

    Beynəlxalq Bank açıq-aşkar yanlışlıq adı ilə sənədləri saxtalaşdırır, Mərkəzi bank isə buna göz yumur.

Birincisi, Beynəlxalq Bankın 16.08.2019-cu il tarixdə mənə verdiyi hesabdan çıxarışda və 16.05.2019-cu il tarixdə Azərbaycan kredit bürosundanmənə verilmiş çıəxarışda mənim həmin kreditə əsas borcumun olmadığı göstərilmişdir.

İkincisi, cənab Prezident Sizin 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanınızla bağlı problemli kreditlər restruktruzasiya olunan zaman mənə məlum olmayan səbəbdən borcum var idisə Beynəlxalq bank mənim həmin kreditimi niyə restruktruzasiya etməmişdir.

Üçüncüsü, həmin kreditə ödədiyim 39807 ABŞ dolları ödəniş qəbzlərim vardır.2007- 2009-cu ilə kimi olan ödəniş qəbzlərimi və digər illərdə ödədiyim ödəniş qəbzlərimi itirmişəm.

Dördüncüsü, Beynəlxalq Banka ərizə ilə müraciət edərək zəruri sənədlərin (kredit müqaviləsi, ödəniş qrafiki və hesabdan çıxarış) və s. hesabdan çıxarışda ödədiyim məbləğin nə qədər əsas, nə qədər faiz və nə qədər cərimə (dəbbə)  borcumdan silinməsi və sənədlərin mənə verilməsini xahiş etsəm də mənə vermirlər.

      Beynəlxalq Bank kredit müqaviləsinin bitdiyi tarixdən 12 ilə yaxın vaxt keçməsinə baxmayaraq mənə borcumun olması barədə bildiriş və məlumat verməmişdir.

   İddia müddətinin ötməsi məsələsinə Mərkəzi bank və Beynəlxalq Bank əhəmiyyət vermirlər. Nəticədə iddia müddəti ötmüş kredit borcunun ödənilməsini qanunsuz olaraq məndən tələb edirlər.

     Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin 2-ci bəndində yazılmışdır ki, “müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir.”

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən

Xahiş edirəm

Mərkəzi Bankda və Beynəlxalq Bankda məmur özbaşınalığına, süründürməçiliyə son qoyulması, kredit müqaviləsinə xitam verilməsi və kreditin təminatı kimi yuxarıda göstərdiyim mənzilimin girovdan azad edilməsi barədə rəhbər şəxslərə göstəriş verəsiniz.

Qeyd:  16.08.2019-cu il tarixdə ABB-nin mənə  verdiyi hesabdan çıxarışın surətini,

10.05.2019-cu il tarixdə Azərbaycan Kredit bürosunun mənə  verdiyi
                   hesabdan çıxarışın surətini, restruktruzasiya olunmuş kreditlərim barədə
çıxarışın surətini və həmin kreditə ödədiyim 46 ədəd ödəniş qəbzlərinin
surətini ərizəmə əlavə edib 4 dəfə Mərkəzi Banka və Beynəlxalq Banka
                  təqdim etmişəm.

Hörmətlə:    Kərimov Fuad Fail oğlu

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir