Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.
Oxu.Az-ın əldə etdiyi xəbərə görə, sabiq polis polkovnik-leytenantı Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.
Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.
Səbuhi Musa
www.RIA24.az