“Barselona” De Yonq və digər oyunçuları ilə vidalaşmağa hazırdır

İdman

“Barselona” Frenk De Yonq baş da olmaqla, əksər oyunçuları ilə vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, “Mançester Yunayted”in 25 yaşlı niderlandlı ilə maraqlandığı və onu 70-80 milyon avroya almaq niyyətində olduğu haqda məlumat yayılıb.

Bu gün isə “Diario Sport”, Kataloniya klubunun oyunçunu 100 milyon avroya qiymətləndirdiyini bildirib. Lakin goal.com-a görə, klubun rəhbərləri 50-60 milyon avroluq təklif aldıqları təqdirdə danışıqlar masasına oturacaqlarını deyiblər.

Bununla yanaşı, “Barsa” Erik Qarsiya, Ronald Arauxo, Pedri, Qavi, Ferran Torres və Ansu Fati kimi “toxunulmazlar” istisna olmaqla, demək olar ki, bütün futbolçuları üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

www.RIA24.az

Spread the love