Mikayıl Cabbarov: “KOB subyektlərinin ÜDM-də payı 60 faizə çatacaq”

İqtisadiyyat

“2022-2026-cı illəri əhatə edən Strateji Plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payı 60%-ə çatacaq”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes forumunda bildirib.

Bundan başqa, onun sözlərinə görə, yaxın 4 ildə Azərbaycanda KOB subyektlərinin məşğulluqda payı 70%, qeyri neft ixracında payı isə 40% olacaq.

“Bu il Azərbaycanın xarici ticarətində rekord göstərici gözlənilir və buna Aİ ölkələri xüsusi töhfəsi verəcək. Son 10 ildə Aİ-nin 700-dən çox şirkətindən Azərbaycana birbaşa xarici investisiyaların məbləği 20 milyard avrodan çox olub”, – deyə o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir