İspaniyanın “Real Madrid” klubu ciddi itki ilə üzləşib

Baş səhifə

Bakı. Trend:

“Real Madrid”in müdafiəçisi Trent Aleksandr-Arnold zədə
səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Trend xəbər verir
ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin
I turunda “Marsel”lə keçirilən oyunda (2:1) ayaq əzələsindən
xəsarət alıb.




26 yaşlı sağ cinah müdafiəçisinin bərpa prosesi təxminən iki ay
davam edəcək.

Qeyd edək ki, Aleksandr-Arnold mövsümün əvvəlində “Liverpul”la
müqaviləsinin başa çatmasının ardından azad agent kimi “Real
Madrid”ə keçib. İngiltərə millisinin üzvü “kral klubu”nun heyətində
indiyədək 10 rəsmi matçda çıxış edərək 2 qol ötürməsi ilə yadda
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir