
Bakı. Trend:
Dağıdıcı Raqasa super-tayfununun yaxınlaşması ilə əlaqədar Çinin
cənubunda yerləşən Quanqdonq əyalətindən 2 milyona yaxın insan
təxliyə olunub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “Qasırğaların şahı” adlandırılan super-tayfunun
təkcə Juhay şəhərinə gün ərzində bir aylıq yağıntı normasını
gətirəcəyi proqnozlaşdırılır.
Artıq qasırğa Tayvanda böyük dağıntılara və insan itkilərinə
səbəb olub. Azı 14 nəfərin həyatını itirdiyi bildirilir.

