Nazirliyinin hesabına köçürülən puldan istifadə qaydası DƏYİŞDİ

İqtisadiyyat

İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki potensialının artırılması məqsədi ilə büdcədənkənar vəsaitin xərcləndiyi istiqamətlər genişlənib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bu vəsait İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər və məhdud məsuliyyətli cəmiyyətlər) saxlanma xərclərinin ödənilməsi, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə yardımının ayrılmasına da yönəldiləcək.

Eyni zamanda işçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla biləcəklər. Əvvəl bu səlahiyyət təkcə iqtisadiyyat nazirində idi.

İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında və ya onun səlahiyyət verdiyi şəxsin əmri (sərəncamı, qərarı) ilə də rəsmiləşdiriləcək.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir