190 manat yenidən veriləcək?

Gündəm İqtisadiyyat

Bu gün əsas müzakirə 2 həftəlik sərt karantin rejiminin tətbiq olunmasıdır. Düşünürəm ki, bu addım insanların sağlamlığının qorunmasıdır. Hesab edirəm ki, Milli Məclis də bununla bağlı bir müraciət ünvanlamalıdır.

Bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, karantin rejimi təkcə səhiyyə deyil, həm də sosial və iqtisadi məsələdir: “Əvvəlki karantin rejimində insanlara müəyyən yardım edildi, 190 manat verildi. Sonradan karantin yumşaldıdığı üçün bu məsələ gündəmdən çıxdı. Amma indi yenidən həmin vəziyyətə qayıdırıqsa, bu məsələyə də yenidən baxılmasına ehtiyac var. Düşünürəm ki, Məşğulluq Mərkəzlərindən işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməlidir. Bundan əlavə isə koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir