
Bakı.Trend:
Noyabrın 14-də saat 14-00 radələrində paytaxtın Binəqədi
rayonunda bir nəfərə məxsus avtomobildən oğurluq edilib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs “Toyota” markalı avtomobilin
qapısının açıq olmasından istifadə edərək orada olan 3000 manat
dəyərində mobil telefonu oğurlayıb.
Polisin keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə
şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli
cinayətlərə görə məhkum olunmuş 47 yaşlı R.Hüseynov müəyyən
olunaraq saxlanılıb.
Qaradağ rayonunda da analoji hadisəni törətməkdə şübhəli bilinən
Gəncə şəhər sakini 45 yaşlı R.Məmmədov polis əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək
saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

